RU

Kənd ərazisindən insan kəlləsi tapıldı


Türkiyədə kənd ərazisindən insan başı tapılıb.

News24.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sivas rayonunun Gəmərək qəsəbəsində baş verib. Məlumata əsasən, bir çoban kənddə gəzişərkən insan kəlləsi tapıb.

Daha sonra o, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına verib. Kəllənin kimə aid olduğunu müəyyən etməkdən ötrü tapıntı ekspertizaya aparılıb.

İnsan kəlləsinin 15 gün əvvəl avtoqəza keçirdikdən sonra itkin düşən E.K.-yə aid olduğu ehtimal edilir.


Избранный
77
2
news24.az

3Источники