RU

“Füzuli” türkiyəli məşqçiyə tapşırıldı

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Füzuli” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra türkiyəli mütəxəssis İbrahim Uzunca çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən, fasilələrlə, “Lokomotiv Biləcəri”, “Bakı” FK, “Şahdağ” (Quba) və “Xan Lənkəran” klublarında da fəaiyyət göstərib.

İbrahim Uzunca Türkiyədə də “Adana Dəmirspor”, “Kayseri Ərciyəsspor”, “Pozantı Gənclik”, “Kadirli Dəmir” və “Osmaniyəspor” klublarının baş məşqçisi postunda çalışıb.

Xatırladaq ki, “Füzuli”yə bu vaxta qədər Nadir Əliyev rəhbərlik edirdi. Klub rəhbərliyi müqaviləsinin müddəti başa çatan baş məşqçi ilə yeni sözləşməyə ehtiyac duymayıb və tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Klub Nadir Əliyevə ötən mövsüm komandaya göstərdiyi dəstəyə və əzmkarlığa görə təşəkkür edib, gələcək həyatında uğurlar arzulayıb.

“Füzuli” Azərbaycan İkinci Liqasının 2023/2024 mövsümünü 56 xalla 14 iştirakçı arasında 4-cü pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
arena.az

1Источники