RU

Nabatəli Qulamoğlu: "Şahin Bayramov haradan bilir ki, Qarabağ Universitetinin ilk tələbəsi kimdir?"

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun "Facebook" hesabında etdiyi paylaşım müzakirəyə səbəb olub. Belə ki, rektor ali məktəblərə qəbul imtahanları hələ başa çatmamış Qarabağ Universitetinin ilk tələbəsinin adını və topladığı balı açılayıb. Bayramov hesab edir ki, Universitetin ilk tələbəsi 654 balla hüquqşünaslıq ixtisasını seçən Əli Rüstəmzadədir. Paylaşımına görə tənqidlərə tuş gələn rektorun addımı qeyri-peşəkarlıq kimi qiymətləndirilib.

 

Təhsil eksperti Nabatəli Qulamoğlu isə Pravda.az-a açıqlamasında rektorun addımını reklam kimi dəyərləndirib.

 

"Əlbəttə, belə paylaşım etmək doğru deyil. Hələ heç imtahanlar başa çatmayıb. Şahin Bayramov haradan bilir ki, Universitetin ilk tələbəsi kimdir? Bu abituriyent seçimini harada etdi? Vallah, mən məəttəl qalıram. Bu, sadəcə, auditasiya üçündür, tələbə çatışmazlığı hiss edirlər. Yəqin, rektor da universiteti reklam etmək istəyir. Bunu reklam bəyanatı kimi qiymətləndirirəm. Hələ ki Qarabağ Universitetində təhsilin oturuşması haqqında dəqiq söz söyləmək olmaz. Həm də bilirsiniz ki, Qarabağ zonasında minalar tam təmizlənməyib. Müəyyən qədər təhlükəsizlik məsələləri də var. Buna görə tələbələr çox asanlıqla ora gedəsi deyillər. Gedənlər, təbii ki, olacaq, amma hər halda stimul yaratmaq istəyirlər. Məqsəd bundan ibarətdir", - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 15 İyun 2024, 14:33   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
pravda.az

1Источники