RU

Silvinyo: “İtaliya yığması həmişə güclüdür”

Albaniya yığmasının baş məşqçisi Silvinyo İtaliya yığması ilə AÇ-2024-ün qrup mərhələsinin 1-ci tur oyunu ilə bağlı gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, braziliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz burada olmaqdan şadıq. Təsnifat baxımından çətin yoldan keçdik, asan olmadı, amma bura gəldik. Avropa çempionatında iştirak etmək – böyük qürur mənbəyidir. Biz özümüzü çox çətin qrupda və çətin yarışda tapdıq. Amma biz yarışmaq üçün buradayıq. Hər xal üçün mübarizə aparacağıq. Spalletti inanılmaz məşqçidir və onun inanılmaz oyunçuları var. Yoldaşlıq görüşlərində İtaliya yığmasının forması haqda söz-söhbətləri dinləmirəm. Axı bu, İtaliyadır! Onlar həmişə güclüdürlər”, deyə Silvinyo vurğulayıb.

Xatırladaq ki, İtalya – Albaniya oyunu bu gün, iyunun 15-də Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
arena.az

1Источники