"Qarabağ" klubu sabiq futbolçusu Musa Qurbanlını qaytarıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi və 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Musa Qurbanlı 2019-2020-ci illərdə "köhlən atlar"ın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan "Qarabağ"ın uğurları üçün çalışan Musa 2023-cü ilin yayında İsveç klubuna transfer edilib.

Qeyd edək ki, Musa Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.