RU

Marko Rossi: “İsveçrə ilə komanda olaraq mübarizə aparmalıyıq”

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi İsveçrə yığması ilə AÇ-2024-ün qrup mərhələsinin qarşıdakı 1-ci tur oyunundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İsveçrə komandasının güclü tərəfləri var. Müdafiədə çox etibarlıdır, yarımmüdafiədə güclüdür və öndə yaxşı oynayır. Biz bütövlükdə komandaya diqqət yetirməliyik və özümüz də komanda şəklində oynamalıyıq. Heyət seçimində fəsadım varmı? Xeyr, zərrə qədər də.
Düşünürəm ki, müasir futbolda qapıçının ayaqları ilə oynamaq bacarığı çox önəmlidir. Yüksək səviyyəli oyunçu olmaq üçün həm qapıçılar, həm də müdafiəçilər bunu bacarmalıdırlar, həmçinin onlar öz işlərini görməlidirlər, hansı ki müdafiə olunmağı və zərbələrin qarşısını almağı ehtiva edir”, deyə Marko Rossi açıqlayıb.

Xatırladaq ki, Macarıstan – İsveçrə oyunu bu gün, iyunun 15-də Kölnün “Reyn Enerqi” stadiounda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
arena.az

1Источники