RU

Paşinyan özünü “təmizə çıxarmağa” ÇALIŞIR: Atəşkəs pozulmasının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdıraq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana atəşkəsin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmağı təklif edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə hakim “Mülki Müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında bildirib. 

Paşinyan qeyd edib ki, tərəflərdən biri pozuntu barədə məlumat verərsə, bu mexanizm işə salınır və müvafiq orqan araşdırmaya başlayır. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan ordusunun mövqelərinə iyunun 12-dən 14-ü tarixləri arasında 4 dəfə hücumu barədə məlumat yayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
2
bizim.media

3Источники