RU

Ukrayna hərbçiləri arasında tif qızdırma epidemiyası başlayıb..?

...Xerson və Xerson vilayətində Ukrayna hərbçiləri arasında tif qızdırma epidemiyası başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti”yə rusiyayönlü gizli xidmətdəki mənbələrdən məlumat verilib.

Agentliyin həmsöhbəti bildirib ki, xəstələnənlər əsasən 123-cü Əlahiddə Ərazi Müdafiə Briqadasının və Ukrayna Milli Qvardiyasının 34-cü alayının əsgərləri olub.

Onun sözlərinə görə, 62 tif xəstəliyinə yoluxma faktı qeydə alınıb, onlardan 3 nəfər ölüb, daha 12 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti isə orta ağırdır.

Mənbə xəstəliyin yayılmasının əlverişsiz dinamikasını qeyd edib.

2023-cü ilin dekabrında Britaniya Teleqrafı bildirmişdi ki, Ukrayna əsgərləri kütləvi şəkildə yüksək təsirli antibiotiklər sinfi olan karbapenemə davamlı virusa yoluxurlar.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
sia.az

1Источники