Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə start veriləcək.
İdman.biz xəbər verir ki, “Ölüm qrupu”nun ilk oyununda İspaniya ilə Xorvatiya üz-üzə gələcək.
Matç Berlindəki Olimpiya stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda İtaliya və Albaniya görüşəcək.
AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, B qrupu
20:00. İspaniya - Xorvatiya - 2:0
Qollar: Alvaro Morata, 29. Fabian Ruis, 32
Baş hakim: Maykl Oliver (İngiltərə)
Berlin. Olimpiya stadionu
İdman.biz