RU

Qəzzada 15 mindən çox uşaq həyatını itirib

İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda 15 min 694 fələstinli uşağın həyatını itirdiyi, 34 min uşağın yaralandığı, 3 min 600 uşağın itkin düşdüyü, 200 uşağın İsrail əsgərləri tərəfindən qaçırıldığı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 Açıqlamada, təxminən 1500 uşağın yaralanma səbəbiylə gözlərini və ya əzalarını itirdiyi və ya əlil olduğu bildirilib.

Избранный
21
operativmm.az

1Источники