RU

Beyləqanda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları Milli Qurtuluş Günü münasibəti ilə ölkəmizin  bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin ailələrini ziyarət ediblər.

Avtosfer.az xəbər verir ki, ziyarət zamanı Daxili Qoşunların heyətində döyüş yolu keçərək şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçular - Tural Bayramlı, Məhəmməd Hüseynov, Fərid Vəliyev və Mikayıl Mikayılzadənin ailələri ilə görüşülüb, onları bayram münasibəti ilə təbrik ediblər. Həmçinin polis əməkdaşları ailələri qayğılandaıran məsələlər ilə yaxından maraqlanıblar.
 
Şəhidlərimizin döyüşlərdə göstərdikləri mərdliklər haqda bəhs olunub, onların əziz xatirələri bir daha yada salınıb. Sonda bu təşəbbüsü yüksək qiymətləndirən şəhid ailələri polis əməkdaşlarına razılıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
110
50
avtosfer.az

10Источники