RU

Hidayət Heydərov ən reytinqli cüdoçu adını qoruyur

Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideridi.

Həmvətənimiz bütün çəki dərəcələrində çıxış edən cüdoçular arasında ən yüksək reytinqli idmançı ünvanını qoruyur.

Dünya çempionunun 8798 xalı var. Əbu-Dabidəki qızıl medal idmançımızı cədvələ uzun müddətdi başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyə imkan verib. Hazırda Matias (7932) 2-ci, digər azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) isə 3-cü yerdədir. Dünya çempionumuzun hesabında 7022 xal var. Qeyd edək ki, hər iki cüdoçu hazırda milli ilə Poreçdəki (Xorvatiya) təlim-məşq toplanışındadı.

Избранный
116
7
football-plus.az

10Источники