RU

3800 qr çəkisi olan körpə Mərkəzi Klinikada uğurla əməliyyat olunub

7 aylığında 1200 qr çəkidə dünyaya göz açan körpə uzun və çətin yollardan keçdikdən sonra Mərkəzi Klinikanın neonatoloqlarının gərgin əməyi sayəsində yaşamağı bacarıb.

 

Aztibb.az-ın xəbərinə görə, boğulmuş qasıq yırtığı diaqnozu qoyulan körpə Mərkəzi Klinikanın uşaq cərrahı, uroloq Günel Əmiraslanova tərəfindən uğurla əməliyyat edilib.

 

Belə ki, bağırsağı yerinə qaytarmaq mümkün olmadığı, ağciyər problemləri olduğu üçün riskli olsa da 2.5 aylıq, çəkisi 3800 qr olan körpəyə məcburi cərrahi əməliyyat qərarı verilib.

 

Hər iki tərəfdə olan böyük ölçülü qasıq yırtığı və qarnın ön divarını tutan böyük ölçülü paraumbilical yırtıq aradan götürülüb.

 

Körpə tam sağlam şəkildə, bütün risklərdən uzaq yaşadıqları rayona yola salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
90
aztibb.az

1Источники