RU

Qurtuluş Günü Ulu Öndərin öz xalqına məhəbbətini ifadə edir - Deputat

Bakı. Trend:

15 İyun əzəmətli tarixdir. Məhz bu tarixdə Ulu Öndər HeydərƏliyev hakimiyyətə qayıtdı və Azərbaycan xalqını üzləşdiyi tarixibəladan xilas etdi. Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz butarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanması,möhkəmlənməsi və inkişafı naminə Ulu Öndərin iradəsini və özxalqına məhəbbətini ifadə edir.

Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, 1991-ci ilin oktyabr ayında Azərbaycanxalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasınayenidən bərpa etdi.

“Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni birtarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heçdə istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilkillərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarlaüz-üzə dayandı. O vaxtki hakimiyyətin siyasi səriştəsizliyi,idarəetmə bacarığının olmaması ölkəmizdə dərin siyasi və iqtisadiböhranın yaranmasına səbəb olmuşdu və ölkəmizin parçalanmasına, birdövlət kimi yox olmasına zəmin yaranmışdı.

Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü,torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha daçətinləşdirirdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə,vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinəqarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hər gün biraz dahauçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi“lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlbolunmşdu.

Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül,ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətəsalmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamınıqırmışdı”.

A.Həsənova bildirib ki, məhz belə bir vaxtda xalq çətinvəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər HeydərƏliyevin yenidən hakimiyyətə gəlməsində gördü:

“Xalqımız bu tələblə küçələrə çıxmağa başladı. Xalqımız çoxyaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız HeydərƏliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinəmalik bir rəhbər çıxara bilər. Ulu öndər xalqın səsinə səs verdi vəbu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə HeydərƏliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixindədönüş nöqtəsi, yeni bir mərhələ oldu.

Bütün həyatını xalqına və dövlətinə həsr etmiş dahi şəxsiyyətHeydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamınıözünə qaytarmaqla yanaşı müstəilliyimizin möhkəmlənməsinin vəölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyevtərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısamüddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuzsilahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlətçevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətliatəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”.

Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü haqqında danışanA.Həsənova vurğulayıb ki, ictimai-siyasi sabitliyə nail olduqdansonra Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlıinkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindənatılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeniKonstitusiyasının qəbulu oldu:

“1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi iləyenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeniKonstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusionquruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı vəictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı iləhəyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ciilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 %səslə qəbul edildi.

Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızındövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qətiqələbəsi idi”.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi və beynəlxalqmünasibətlərin qurulmasına toxunan deputat bildirib ki,Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəninqarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərəəsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyatakeçirilməsi idi:

“Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli,praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurətiyaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdənAzərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin stratejimaraqları əsasında yenidən qurdu. Ulu öndər ilk növbədə keçmişhakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri vəbunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərginbeynəlxalq siyasi vəziyyəti və mənfi imici aradan qaldırmaqistiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını regiondövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərinmaraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı”, -deyə deputat bildirib.

O qeyd edib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətliinkişafı bugünkü reallıqların bünövrəsidir.

“Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır vəqalib gəlir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görməkidi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətliOrdumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30illik doğma yurd–yuva həsrətinə son qoydu. Vətən müharibəsindəqazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasikursunun uğurlu davamının məntiqi nəticəsidir.

Vaxtilə sabaha ümidi olmayan, övladlarının, dövlətingələcəyindən əmin olmayan insanlarımız bu gün Azərbaycan kimigüclü, təhlükəsiz bir ölkədə yaşadıqları üçün ulu öndər HeydərƏliyevin ruhunu dərin hörmətlə anır və onun əziz xartirəsini daimuca tutur”, - deyə A.Həsənova əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
az.trend.az

1Источники