RU

Adı daha çox "Neftçi" ilə hallanan qazaxıstanlı hücumçudan AÇIQLAMA

Sportinfo.az xəbər verir ki, Qazaxıstan yığmasının və "Adana Demirspor"un hücumçusu Abat Aymbetov sportal.az-a açıqlama verib.

Adı daha çox "Neftçi" ilə hallanan qazaxıstanlı hücumçu Premyer Liqamızda oynamaq istəyi-istəməməsindən danışıb:

"Azərbaycan klublarının mənimlə maraqlanması haqda oxumuşdum. Daha doğrusu, sosial şəbəkələrdə bu cür xəbərlər görmüşdüm.

Lakin düzünü deyim, menecerim bu haqda mənə nəsə deməyib. Ona görə də nəsə deməyim doğru olmazdı.

Hər halda Azərbaycan klublarını tanıyıram, çempionatınızla bağlı məlumatım da var. Gələcəkdə necə olacağını isə zaman göstərəcək".

28 yaşlı hücumçu "Aktobe", "Kayrat", "Krılya Sovetov", "Astana" klublarında oynadıqdan sonra 20224-cü il yanvar ayında "Adana Demirspor"a keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
118
sportinfo.az

1Источники