RU

rnStoltenberq ABŞ və Kanadaya səfər edəcək

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanmasına səbəb olan R. C. Ç. adlı şəxsin 1,5 ildir bipolyar pozuntusundan müalicə aldığı bildirilir.

Onunla danışıq aparıldıqdan sonra polisə təslim olub.

Hazırda körpüdə hərəkət bərpa olunub

***

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanılıb.

OXU24.COM  Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpüdə şübhəli maşın olduğu üçün hərəkət dayandırılıb.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi, həmçinin bomba zərərsizləşdirmə qrupları göndərilib.

İstanbul valiliyindən verilən açıqlamada kimliyi naməlum şəxsin körpüdə təknəfərlik aksiya keçirdiyi bildirilib. Hazırda həmin şəxslə danışıqlar aparılır. Danışıqlar nəticə verməsə, əməliyyat keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
oxu24.com

1Источники