2024-сü ilin yanvar-may aylarında (ilk 5 ayda) Azərbaycanda 1389 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az (12,2% az) minik avtomobili istehsal olunub.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Minik avtomobilləri üzrə 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 276 ədəd təşkil edib.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11,3 faiz azalaraq 290 ədəd təşkil edib. 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10 ədəd olub.
2024-сü ilin yanvar-may aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,2% çoxdur. 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 60 ədəd olub.