RU

1389 ədəd minik avtomobili yığılıb, 276-sı anbarlarda qalıb

2024-сü ilin yanvar-may aylarında (ilk 5 ayda) Azərbaycanda 1389 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az (12,2% az) minik avtomobili istehsal olunub. 

Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Minik avtomobilləri üzrə 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 276 ədəd təşkil edib. 

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11,3 faiz azalaraq 290 ədəd təşkil edib.  01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10 ədəd olub.

2024-сü ilin yanvar-may aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,2% çoxdur.  01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 60 ədəd olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
marja.az

1Источники