RU

Paşinyan sirləri açdı: Erməniləri Qarabağdan kim və niyə çıxarıb?

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən sorğu-sual zamanı bir sıra mətləblərin üstünü açıb. O, həmçinin bəzi məsələlərdə səhv etdiyini, Azərbaycanla daha tez anlaşa biləcəklərini etiraf edib.

JAMAZ.İNFO xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı Ermənistan müxalifətini Qarabağ məsələsində ittiham edib. O bildirib ki, hazırda küçədə toplaşan adamların başında duranların Qarabağ adlı heç bir dərdi və istəyi yoxdur. “Vaxt var idi deyirdiniz ki, ermənilər Qarabağdan çıxmasın deyə sərhəddi bağlamışam, status alacaqsız və sair. Nə oldu? Status ala bildiz? Hamınız çıxdınız ordan. İndi bizi günahlandırırsız”.

Baş nazir erməni müxalifətinin əsas niyyətinin nə olduğunu da açıqlayıb. O bildirib ki, Qarabağdan ermənilərin çıxmasının baiskarı elə keşiş Baqrat və onun arxasında duranlardır. “Ona görə erməniləri Qarabağdan çıxardınız ki, İrəvanda aksiya keçirmək üçün sizə nümayişdə iştirakçı lazım idi. 1998-ci ildən sonra Qarabağ erməniləri sizin hakimiyyətinizi saxlamaq üçün orada olmalı idi. Bu gün siz onları 5 min drama (120 dollar) nümayiş üçün material kimi gətirmisiniz”.

Amma Paşniyan dilini dinc saxlamayıb, maraqlı bir fikir də səsləndirib. “Qarabağ erməniləri sizin tərəfinizdədir və hakimiyyəti saxlamaq üçün vasitə olacaq. Sizi Dağlıq Qarabağ və ya Ermənistan maraqlandırmır. Onlar da başınıza ona görə yığılıb ki, axı, “çörəkverən” adamlarsız”.
Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub. O deyib ki, nəqliyyat-kommunikasiya yollarının açılması üçün sülh sazişini gözləməyə gərək yoxdur. “Nəqliyyat yollarının açılması sülh müqaviləsinin imzalanmasından daha tez ola bilər”.

O həmçinin sülh sazişinin hazır olduğunu, bəzi detallara əl gəzdirməklə imzalana biləcəyinə də qeyd edib. “Sülh müqaviləsinin hazırkı mətni kifayət qədər yetkindir, son abazslar düzəldilə və yekunlaşdırıla bilər. Bəli, Ermənistan bir ay ərzində sülh sazişini imzalamağa hazırdır”.
Sonda Paşinyan maraqlı bir etiraf da edib: “Mən 2018-ci ildə deməliydim ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmalıdır. Orada səhv etmişəm. Bunu deməməyim mənim uğursuzluğumdur”.
Избранный
139
bakuinform.agency

1Источники