Bakı. Trend:
“Barselona” basketbol klubunun baş məşqçisi bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandaya JoanPenyarroya rəhbərlik edəcək.
55 yaşlı mütəxəssus ötən mövsümdə “Baskoniya”nın baş məşqçisiolub. Onun rəhbərliyi ilə komanda Avroliqada 22 qələbə qazanıb, 12oyunda uduzub. Baskoniyalılar pley-offun ilk mərhələsində“Olimpiakos”a 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Kataloniya klubu Dimitris İtudis və Xavyer Paskualkimi tanınmış mütəxəssislərlə danışıqlar aparsa da, tərəflərmaliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyiblər.