RU

Peskov: Kiyevin müharibəni dayandırmaq şansı var...

...Kiyevin Rusiya lideri Vladimir Putinin sülh təşəbbüsünü nəzərdən keçirmək və mövcud reallıqları nəzərə alaraq, hərbi əməliyyatları dayandırmaq şansı var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Kiyev rejiminin Rusiya prezidentinin sülh təşəbbüsünü nəzərdən keçirmək və cəbhələrdə mövcud reallıqları nəzərə alaraq, hərbi əməliyyatları dayandırmaq eləcə də sülh yolu ilə nizamlanmaya keçmək şansı var.

Xatırladaq ki, əvvəllər o, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün Putinin qeyd etdiyi təkliflər üçün son tarix olmadığını, lakin cəbhədə vəziyyətin dinamik şəkildə dəyişdiyini bildirmişdi.

İyunun 14-də Putin qeyd edib ki, Ukrayna ilə danışıqlar təklifi münaqişənin dondurulmasını deyil, tam dayandırılmasını nəzərdə tutur.

Rusiya lideri vurğulayıb ki, Ukrayna qoşunları Donetsk və Luqansk xalq respublikaları ərazisindən, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalı, bundan sonra Rusiya danışıqlara başlamağa hazır olacaq.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
sia.az

1Источники