RU

Bakıda qəza: Beş nəfər xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "Toyota Prius" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini beton arakəsməyə çırpıb.
Avtomobil yararsız vəziyyətə düşüb. Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb ediliblər.
Hadisənin təfərrüatı araşdırılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzindən verilən məlumata görə, qəza nəticəsində beş nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
50
oxu.az

10Источники