RU

Keyt Middleton pərəstişkarlarına təşəkkür etdi

Keyt Middleton 2024-cü ilin martından bəri ilk dəfə pərəstişkarları ilə əlaqə saxlayıb. 


Sfera.az bildirir ki, Uels şahzadəsi şəklini və təşəkkür sözlərini İnstaqramda paylaşıb.

 

Xərçəng xəstəliyi ilə mübarizə aparan Şahzadə etiraf edib ki, son aylarda ona dəstək və həvəsləndirici sözlərlə dolu çoxlu mesajlar gəlib.

 

“Bu, həqiqətən, Uilyam və mənim dünyamı dəyişdi və hər ikimizə çətin dövrlərdən keçməyə çox kömək etdi” - deyə Keyt bildirib. 

 

Şahzadə kimyaterapiyada çox yaxşı irəliləyiş olduğunu bildirsə də, yaxşı və pis günlərin olduğunu da qeyd edib.

 

"O pis günlərdə özünüzü zəif, yorğun hiss edirsiniz və istirahət etmək üçün bədəninizə təslim olmaq məcburiyyətindəsiniz, amma yaxşı günlərdə özünüzü daha güclü hiss edəndə bu vəziyyətdən maksimum yararlanmaq istəyirsiniz". 


Şahzadə əlavə edib ki, onun müalicəsi daha bir neçə ay davam edəcək. Hal-hazırda isə o, özünü kifayət qədər yaxşı hiss edir və üç övladının - Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Luinin təhsili ilə məşğul olmağa daha çox vaxt ayıra bilir. Uels şahzadəsi jurnalistlərin də əvvəllər dəfələrlə dediyi kimi, evdən işlədiyini etiraf edib. 

 

Keyt bildirib ki, 15 iyunda Kralın paradını da səbirsizliklə gözləyir və yayda bir neçə ictimai tədbirdə kral ailəsinə qoşulmağı planlaşdırır.

 

Şahzadə Uilyamın həyat yoldaşı: "Mən hər günü olduğu kimi qəbul edirəm, bədənimə qulaq asıram və özümğ sağalmaq üçün lazım olan vaxtı ayırmağa icazə verirəm. Anlayışınız üçün və hekayələrini mənimlə cəsarətlə bölüşən hamınıza təşəkkür edirəm"-deyə o mesajını yekunlaşdırıb və 2024-cü ilə aid şəklini paylaşıb.

 

Fotoda  Keyt meşədə bej rəngli blazer, ağ köynək və tünd göy cins şalvarda sadə görünüşü ilə göz oxşayır.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
sfera.az

1Источники