Bu gün futbol üzrə sayca 17-ci Avropa Çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.
Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Oyunun start fiti saat 23:00-da səslənəcək.
Bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
AÇ-2024
14 iyun
A qrupu
Almaniya – Şotlandiya 4:0 (2-ci hissə)
Qollar: Florian Virts, 10. Camal Musiala, 19. Kay Haverts, 45+1. Nuklas Fulkruq, 68 - Antonio Rüdiger, 87-öz qapısına.
Hakim: Kleman Tyürpen (Fransa).
Münhen. "Allianz Arena"