RU

Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş”müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə iləMentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

Trend xəbər verirki, görüşdə proqram çərçivəsində görülmüş işlər, gənclərin fərdiinkişaf sahəsində qazandıqları yeni biliklər, onların idarəçiliksəriştələrinin artırılması və gələcək planları barədə fikirmübadiləsi aparılıb. İqtisadiyyat naziri gənclərin Azərbaycanıninkişafı üçün həvəslə çalışmalarını, bilik və bacarıqlarını davamlışəkildə artırmalarını təqdir edib, gələcəyə inamlı baxışları olanyeni nəslin ölkəmiz üçün əvəzolunmaz kapital olduğunuvurğulayıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramıçərçivəsində keçirilən görüşlərin faydasını qeyd edərək, fikirmübadiləsinin onların idarəçilik təcrübələrinin və peşəkarvərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyinibildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və “Yüksəliş” İctimaiBirliyi tərəfindən Mentorluq proqramı çərçivəsində qaliblərinistəkləri nəzərə alınmaqla fərdi inkişaf planları hazırlanıb. Bunauyğun olaraq, mentilərin dövlət və özəl sektor, beynəlxalqkonsaltinq şirkətlərinin nümayəndələri ilə görüşləri təşkil edilib,müxtəlif istiqamətlərdə maraqlı müzakirələr aparılıb. Qaliblərinfərdi inkişafına dəstək göstərmək məqsədilə onlar təlim və nazirliktərəfindən təşkil olunan “4SİM Talks” layihəsində iştiraka cəlbolunublar. Fərdi inkişaf planları üzrə qaliblərin bilik vəbacarıqlarının artırılması üzrə işlər davam etdirilir.

Mikayıl
Избранный
99
4
az.trend.az

5Источники