RU

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları müəyyənləşdi

Bakı. Trend:

“Azərbaycan Respublikasında ümumi təhsilin dövlətstandartları”nda dəyişiklik edilib.

Trend-in xəbərinə görə,Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, internat tipli ümumi təhsil müəssisələrininşagirdlərinin dövlət təminatları və onların xüsusi hallarda təhsilmüəssisələrində saxlanılma şərtləri müəyyənləşib. Beləliklə,Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarıilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrəMeyarları”na uyğun olaraq xüsusi ümumtəhsil məktəblərində vəinternat tipli ümumi təhsil müəssisələrində şagirdlər tam və yaqismən (yataqxana və qida ilə təminat) dövlət təminatındasaxlanılırlar və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetininmüəyyən etdiyi normativlər və qaydalar üzrə qida, paltar, ayaqqabı,şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədrisləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar.

İnternat tipli ümumi təhsil müəssisələrini bitirən şagirdlərəistifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarınaicazə verilir. İnternat tipli ümumi təhsil müəssisələrininvalideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuşməzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada mövsümipaltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmişməbləğdə birdəfəlik pul vəsaiti verilir. Valideynlərini itirmiş vəvalideyn himayəsindən məhrum olmuş məzunlar peşə, orta ixtisas vədigər təhsil müəssisələrinə daxil olduqdan sonra “Məzun evi” SosialMüəssisəsinin balansında olan binada yaşayış sahəsi ayrılanadək,qida ilə təmin edilməklə ümumi təyinatlı internat tipli ümumtəhsilməktəblərində qala bilərlər.

Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərininməzunları istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə6 (altı) ay, xroniki xəstəlikləri olanlar isə yaşayış sahəsiolmadıqda 1 (bir) il müddətinə həmin məktəbdə saxlanıla bilərlər.Yaşayış sahəsi
olmayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrumolmuş məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdəqalmasına icazə verilir.

Yay tətili müddətində bu və ya digər səbəblərlə əlaqədar evəaparılmayan uşaqlar üçün həmin müəssisələrdə yay-istitahətdüşərgəsi təşkil olunur. Uşaqların yay istirahətinin təşkilindəyerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibbmüəssisələri tərəfindən
internat tipli ümumi təhsil müəssisələrinin rəhbərliyinə müvafiqkömək göstərilir.

Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digərtətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuninümayəndənin) ərizəsinə əsasən evə gedə bilərlər. Başqa şəhər vərayonlara uşaqların valideynin (yaxud digər qanuni nümayəndənin)müşayiəti olmadan yola salınmasına icazə verilmir.

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdləri həminmüəssisələrin yataqxanasında qalırlar. Uşaqların ailədə yaşamaqhüququnun təmin olunması məqsədilə (yaşadığı ev yaxındadırsa,şəraitlə əlaqədar uşağın valideynin yanında qalması mümkündürsə,səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.)valideynin ərizəsinə əsasən müəssisənin bəzi şagirdlərinə dərslərbitdikdən və ya axşam yeməyindən sonra öz evlərində gecələmələrinəicazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digərqanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evəgedibgəlməsinə icazə verilmir.

İnternat tipli sanator ümumi təhsil müəssisələrində təlimtərbiyəişləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirləri də həyatakeçirilir. İnternat tipli sanator ümumtəhsil məktəblərinə qəbuledilmiş şagirdlər müalicə başa çatdıqdan sonra əvvəllər oxuduqlarıümumi təhsil müəssisəsinə qayıdırlar. Burada onlar internat tiplisanator ümumtəhsil məktəblərinin verdiyi sənədlərə əsasən əlavəyoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.

Məqalədə:
Избранный
98
14
az.trend.az

10Источники