RU

AÇ-nin hakim korpusu: argentinalı Telyodan türk Mələrə qədər - siyahıda “Qarabağ”ı “dəfn edən” Teylor da var

Beləliklə, bu gün 17-ci Avropa çempionatının həyəcanı başlayır.

“Football-plus.az” xəbər verir ki, AÇ-yə təkcə qitənin ən güclü yığmaları yox, ən yaxşı hakimləri də yollanır. Əslində aparıcı ölkələrin çempionatlarını və qitə kuboklarını yaxından izləyən oxucularımz hakimlərin əksərini tanıyır. Ancaq hakimlər arasında argentinalı da var – UEFA və CONMEBOL ardıcıl ikinci dəfə AÇ-də və Amerika Kubokunda çalışmaq üçün hakimləri dəyiş-düyüş edirlər.

İlin ən böyük futbol turnirinə İngiltərə, Almaniya, İtaliya və Fransa bir cüt, İspaniya, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, İsveçrə, İsveç, həmçinin yuxarıda adı çəkilən Argentina isə bir hakim briqadası göndərib.
Qarşıdakı bir ay ərzində Almaniya stadionlarında söz sahibi olacaq 19 hakimin siyahısı ilə tanış olun:

Maykl Oliver (İngiltərə)
Entoni Teylor (İngiltərə)
Fakundo Telyo (Argentina)
Daniel Zibert (Almaniya)
Feliks Svayer (Almaniya)
Xesus Xil Mansano (İspaniya)
Marko Quida (İtaliya)
Daniele Orsato (İtaliya)
Danni Makkeli (Niderland)
Şimon Marçinyak (Polşa)
Artur Soareş Diaş (Portuqaliya)
İştvan Kovaç (Rumıniya)
İvan Krujlyak (Slovakiya)
Slavko Vinçiç (Sloveniya)
Xəlil Umut Mələr (Türkiyə)
Fransua Letesye (Fransa)
Kleman Türpen (Fransa)
Sandro Şerer (İsveçrə)
Qlenn Nüberq (İsveç)

Bu siyahıda yer alan bəzi hakimlərin personası çox maraqlıdı.

Şimon Marçinyak, Polşa
43 yaşlı dazbaş referi artıq 2022-ci ildə keçirilən dünya çempionatının Fransa və Argentina yığmaları arasındakı məşhur finalında çalışıb, işinə görə medianın və həmkarlarının tərifini haqq edib. Yarım il sonra Marçinyak Çempionlar Liqasının “Mançester Siti” ilə “İnter” arasındakı final oyununa da təyin olundu. Polşalı futbol tarixinə bir mövsümdə həm Çempionlar Liqasının, həm də dünya çempionatının finalında iş başında olan olan 2-ci hakim kimi düşdü (birinci 2010-cu ildə ingiltərəli Hovard Uebb olub).
Ancaq lap yaxınlarda Marçinyak Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Bavariya” oyunundakı (2:1) nəhəng qalmaqalın mərkəzinə düşdü. Polşalı referi uzatma dəqiqələrində yardımçısının ofsayd qərarına görə münhenlilərin bərabərlik qolundan bir neçə saniyə əvvəl oyunu dayandırdı. VAR artıq epizoda müdaxilə edə bilməzdi, ona görə ki, Marçinyak hücumun başa çatmasına imkan verməmişdi, ancaq ofsayd yetərincə şübhəli idi. “Bavariya” məhz həmin anda iki oyunun nəticəsinə görə ümumi hesabı bərabərləşdirmək və oyunu overtayma daşımaq şansını itirdi.

Maykl Oliver, İngiltərə
Oliver 14 yaşından hakim kimi çalışır və çoxdan elit hakimlər kateqoriyasına aiddi, hərçənd heç 40 yaşı da yoxdi. İngiltərəli indiyə qədər nə Çempionlar Liqasının, nə də yığmalar səviyyəsində böyük turnirlərin həlledici oyunlarını idarə edib. Əvəzində 2022-ci ildə UFEA Superkuboku uğrunda oyunda və milli kubokların bir neçə finalında iş başında olub.
Yəqin ki, Oliverin iştirak etdiyi ən yaddaqalan oyun 2018-ci ilin aprelində keçirilib. Onda “Yuventus” Çempionlar Liqası çərçivəsində “Real”la 1/4 finalın cavab görüşündə az qala geridönüş edəcəkdi. Məhz Oliver turinlilərin bunu etməsinə imkan vermədi: onlar evdəki 0:3-ün ardından “Santyaqo Bernabeu”da üç top vurdu, ancaq 90+3-cü dəqiqədə “Yuventus”un qapısına penalti təyin olundu. Buffon bu qərardan necə məyus oldusa, komanda yoldaşları ilə birgə ingiltərəli referini “mühasirəyə aldı”, qırmızı vərəqə gördü, finaldan sonra isə belə dedi: “Hakimin sinəsində ürək əvəzinə zibil çəni var”. “Real” penaltini qola çevirdi, mərhələ adladı, Oliverin ailəsi isə təhdiq və təhqir ilə zəngin məktublar aldı.

Kleman Türpen, Fransa
Marçinyakla yanaşı, Kleman Türpen də DÇ-2018-də çalışıb. Ümumiyyətlə, bu, fransalı üçün 5-ci böyük turnirdi. O, Fransanın 2016-da qəbul etdiyi Avropa çempionatının oyunlarını da idarə edib. Ancaq heç vaxt 1/8 finaldan uzağa gedə bilməyib. Bəlkə də Almaniyada Türpenin bəxti gətirəcək. Fransalı referinin karyerasında artıq Çempionlar və Avropa Liqasının finalında çalışıb, bu dəfə özünü göstərəcəyi və təbii ki, Didye Deşamın komandası finala qədər irəliləyə bilməyəcəyi təqdirdə Berlindəki həlledici oyuna iddia edə bilər.

Fakundo Telyo, Argentina
Koronavirus dövrünün Amerika kuboku və AÇ-2020 ərəfəsində UEFA ilə CONMEBOL təcrübə mübadiləsi proqramının startı ilə bağlı razılığa gəldi: onda qitə çempionatının hakimlərindən biri argentinalı Fernando Rapallini oldu, Cənubi Amerikaya isə ispaniyalı Xesus Xil Mansano yollandı.
İndi də ənənə davam edir: italiyalı Mauritsio Marianinin briqadası ABŞ-yə uçacaq, Almaniyaya isə Fakundo Telyonun rəhbərlik etdiyi argentinalı briqada yollanacaq. Telyo təcrübəli hakimdi: 42 yaşı var, DÇ-2022-də, o cümlədən 1/4 finalın Mərakeş ilə Portuqaliya arasındakı oyununda idarəçilik edib.

Danni Mankeli, Niderland
Niderlandlı hələ 2020-ci ildə Avropa Liqasının “Sevilya” – “İnter” (3:2) finalını idarə edib, ancaq həmin vaxtdan bəri bu qədər uzağa irəliləyə bilməyib. Makkeli son illərdə çox böyük əks-səda doğuran iki hədsiz mübahisəli qərarıyla məşhurlaşıb. Birinci epizod DÇ-2022-nin seçmə turnirinin Serbiya – Portuqaliya oyununda (2:2) baş verib. Oyunun sonuncu dəqiqəsində Kriştiano Ronaldo fərqlənib, ancaq Makkelinin briqadası topun qapı xəttini tam keçmədiyi ilə bağlı yanlış iddia üzündən qolu saymayıb. Həmin oyunda VAR yox idi.
İkinci qalmaqal üç ay sonra, ötən Avropa çempionatında baş verdi. İngiltərə ilə Daimarka arasındakı yarımfinalın əlav vaxtında Makkeli Rahim Sterlinqin cərimə meydançasında yüngülcə yerə yıxılmasından sonra penalti təyin etdi. Harri Keyn penaltini qola çevirdi, britaniyalılar finala çıxdı.

Slavko Vinçiç, Sloveniya
“Real” ilə Dortmund “Borussiya”sı arasında iyunun ilk günündə keçirilən Çempionlar Liqasının finalının qəhrəmanı, mühəndis və metallurgiya şirkətinin direktoru. Vinçiçi hakimlər sexinin superulduzu adlandırmaq çətindi, ancaq işini qüsursuz görür. Onun adı ilə bağlı olan qalmaqal tapmaq çətindi. 2020c- ildə narkoticarətlə bağlı iş çərçivəsində saxlanılsa da, sonradan polisin səhvə tol verdiyi, nüfuzlu hakimin heç bir günahının olmadığı aydınlaşdı.

Entoni Teylor, İngiltərə
Azarkeş həmvətənlərimizdən kiminsə Teylorun Almaniyada yollanmasından məmnun olacağına inanmırıq. Axı məhz o, “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında səfərdə “Bayer-04”ə uduzmasının “memarı oldu” – 62-ci dəqiqədə Elvin Cəfərquliyevi sərt şəkildə cəzalandırmaqla, meydandan qovmaqla. Halbuki sarı vərəqə ilə də kifayətlənə bilərdi.
Amma ədalət naminə deyək ki, Teylor qeyri-adi dərəcədə zəngin karyera ilə planetin ən çox tanınan referilərindən biridi. İngiltərə azarkeşlər və ekspertlər, elə futbolçular da daim ona hücum edir, elə Avropada da qalmaqallara qoşulub. Məsələn, bir il əvvəl Avropa Liqasının “Roma” ilə “Sevilya” arasındakı finalından sonra Teylor Joze Mourinyonun tənqidinə tuş gəlmişdi oyundan sonra isə romalı azarkeşlər hava limanında ona hücum etmişdi.
Ancaq Teylorun karyerasında pozitiv məqamlar da olub: məhz o, AÇ-2020-nin Finlandiya ilə Danimarka arasındakı o məşhur, Kristian Eriksenin huşunu itirdiyi oyununda çalışıb. Teylor dərhal vəziyyətə uyğun qərar verib, həkimləri meydana çağırıb, oyunu dayandırıb, hakimim də fəallığı sayəsində faciədən qaçmaq mümkün olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
football-plus.az

1Источники