RU

“Sağ qalan israilli girovların sayını bilmirik” – HƏMAS rəsmisi

Qəzza zolağında sağ qalan israilli girovların sayı barədə heç bir məlumatımız yoxdu.

“AzPolitika” xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan deyib.

“Bu barədə heç bir fikrim yoxdur. Bu barədə heç kimin fikri yoxdur. İsrail ordusunun bu yaxınlarda Qəzzadan 4 girovu xilas etdiyi əməliyyatda 1-i ABŞ vətəndaşı olmaqla, 3 girov həyatını itirib”,-deyə o bildirib.

Sərbəst buraxılan girovların psixoloji problemlərdən əziyyət çəkdiyi iddiası ilə bağlı sualı cavablandıran Həmdan baş verənlərə görə İsraili günahlandırıb.

Qeyd edək ki, İsrail administrasiyası Qəzzada saxlanılan 100-dən çox girovdan 70-dən çoxunun sağ olduğuna inanır.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
118
azpolitika.info

1Источники