RU

Ruben Vardanyanın adının namizədlər siyahısına salınması Nobel mükafatın nüfuzuna xələl gətirir - The National Interest

Bakı. Trend:

Ruben Vardanyanın adının namizədlər siyahısına salınması Nobelmükafatın nüfuzuna xələl gətirir.

Trend xəbərverir ki, bu barədə Amerikanın beynəlxalq münasibətlər üzrə nəşriolan "The National Interest"da dərc olunan məqalədə deyilir.

Müəllifin məqalədə istinad etdiyi "Troika Laundromat" adlıhesabatda erməniəsilli rusiyalı milyarder, özünü Qarabağdakıseparatçıları "lideri" elan etmiş və gəlirlərinin mənbəyi iləəlaqəli qanunsuz fəaliyyətlə məşğul olan Ruben Vardanyandan bəhsolunur. Beləliklə, məqalədə də vurğulandığı kimi, Vardanyanınadının namizədlər siyahısına daxil edilməsi son dərəcə təəccübdoğurur.

"Nüfuzlu mükafata namizədliyin irəli sürülməsi prosesi dünyadaən şübhəli reputasiyası olan bəzi şəxslər üçün sıfır xərclə pulsuzpiar tədbirinə çevrilib", - materialda deyilir.

Müəllif Nobel sülh mükafatının nüfuzuna bu cür xələlyetirilməsinə niyə yol verildiyini soruşur.

"Cavab təəccüb doğuracaq qədər sadədir: onların öz qaydalarıonlara 1939-cu ildə olduğu kimi, nüfuza xələl gətirən bu cürnominasiyaların qarşısını almağa mane olur. Nobel sülh mükafatınanamizəd kimi görkəmli statusa nail olmaq üçün bu açıq siyahıda birnəfərin artıq sual olmadan sizi namizəd kimi göstərməsi kifayətdir.Hərçənd Nobel Komitəsi özü adları açıqlamasa da, başqasının,namizədin və ya lobbiçinin uydurma namizədliyi ilə öyünməsinə heçnə mane olmur. Bu sadə fakt Vardanyan kimi insanların niyənamizədliyini irəli sürdüyünü izah edir", - məqalədə deyilir.

Xatırladaq ki, Ruben Vardanyan 2023-cü ilin sentyabrındaAzərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindənQarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklənəzərdə tutulmayan silahlı birləşmələrin və ya qruplarınyaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasınındövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittihamolunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davametdirilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
1
az.trend.az

2Источники