RU

Şotlandiyalı azarkeşlər bir neçə saata Münhen barlarının pivəsini tükətdi

Bu gün, iyunun 14-də Almaniya və Şotlandiya millilər arasında oyunla Avro-2024-ün açılışı baş tutacaq. Qarşılaşma artıq minlərlə şotland azarkeşin gəldiyi Münhendə baş tutacaq. Matçdan bir gün əvvəl bu azarkeşlərin əksəriyyəti Bavariyanın ən məşhur meydanı olan "Marienplatz”da toplaşıb. 

Qaynarinfo "The Sun”a istinadən bildirir ki, Şotlandiya komandasının tərəfdarları gələndən cəmi bir neçə saat sonra yerli Woerner's barında pivə qurtarıb 
Meydanda və ümumilikdə şəhərdəki bütün barlar yüksək tələbatı ödəmək üçün əlavə pivə sifariş verdiklərini bildiriblər.

"Alman barların və pivəxanaların ehtiyat yığdıqlarını bilmək çox xoşdur, çünki cümə günü Şotlandiyanın qələbəsini qeyd edərkən onların pivəsinin tükənməsini istəmirik", - deyə fanatlardan biri deyib. 

Xatırladaq ki, Şotlandiya yığması Avro-2024-ün qrup mərhələsində Almaniya (14 iyun), İsveçrə (19 iyun) və Macarıstan (23 iyun) ilə qarşılaşacaq.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
qaynarinfo.az

1Источники