RU

NATO Ukraynaya “yaşıl işıq” yandırdı: Ölüm-qalım məsələsi olacaq

NATO Baş katibi Yens Stoltenberq Ukraynaya xoş xəbər verib. Baş katib bildirib ki, Ukrayna Rusiyanı məğlub edəcəyi halda Alyansa üzv ola biləcək. Stoltenberqin sözlərinə görə, NATO ölkələri də bu mövzuda ortaq mövqedə qərarlaşıb.

Maraqlıdır, Ukrayna bu şərt qarşısında yaxın perspektivdə qələbə qazana bilərmi? “NATO-nun qapısı” Ukraynaya açılacaq, yoxsa gedişat fərqli olacaq?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, bu açıqlamanın bir neçə səbəbi var:

“Ukraynanın NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı Alyansa təzyiq var. Onlar xalqın əziyyət çəkməsini, ölkənin parçalanmaq ehtimalını, infrastrukturun dağıdılmasını və s. nümunə göstərirlər. Ukrayna bunun qarşılığında Alyansa üzv olmaq istəyirdi. Sadalanan səbəblər rəsmi Kiyevi qorumaq üçün çətir olacaqdı”.

Politoloqun fikrincə, Stoltenberqin bu açıqlaması hazırda Ukraynaya üzvlük verilməyəcəyini göstərir:

“Kiyevin indi üzv olması NATO-nun Rusiya ilə müharibəyə başlaması deməkdir. Alyans Rusiyanın nüvə təhdidindən çəkinir.

Digər tərəfdən Ukraynaya silah-sursat yardımını artırmağı düşünürlər. Ukraynaya yeni texnoloji vasitələr, texnikalar, aviasiya, hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırırlar. Həmin texnikaları istifadə etmək üçün ukraynalılara təlimlər də keçiriləcək.

Hazırda Xarkov istiqamətində çox şiddətli döyüşlər gedir. Sentyabr ayına qədər vəziyyətin belə davam etməsi gözləniləndir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
50
hurriyyet.az

10Источники