RU

Paşinyandan ikibaşlı gediş... – Həm Moskvanı, həm də Vaşinqtonu razı salmağa çalışır

Xəbər verdiyimiz kimi, iyunun 15-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrə Konfederasiyasının Nidvalden kantonuna işgüzar səfərə gedəcək və burada Ukraynada sülhə dair sammitdə iştirak edəcək.

“AzPolitika”erməni mətbuatına istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının ofisindən verilən məlumata görə, Qriqoryan daha sonra işgüzar görüşlərin planlaşdırıldığı Fransanın paytaxtı Parisə gedəcək.

Xatırladaq ki, iyunun 6-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin MDB liderlərinin Ukrayna Prezidenti Voloadimir Zelenskinin İsveçrədə çağırdığı sülh konfransa dəvətindən imtina etdiyini açıqlamışdı.

“Ağır artilleriya işə salındı: Zelenski və onun Qərb dostları şəxsən MDB liderlərinə bu toplantıda iştirak etmək üçün zəng edib yalvarıblar. Biz bilirik ki, onların heç birini razı salmaq mümkün olmayıb. Rusiyanın ən yaxın müttəfiqləri və MDB-dən olan dostları bu konfransın mahiyyətini mükəmməl başa düşürlər. Onun sülhlə heç bir əlaqəsi yoxdur”, - Qaluzin bildirib.

Qeyd edək ki, İsveçrə sülh konfarsında mümkün qədər az ölkənin təmsil olunması Rusiya diplomatiyasının qarşısına qoyulmuş əsas vəzifələrdən biri idi. Bu səylər nəticə verdi, Çin, Səudiyyə Ərəbəsitanı kimi ölkələtlər İsveçrəyə nümayəndə göndərməkdən imtina ediblər.

Ermənistan və Rusiya strateji hərbi-siyasi müttəfiq hesab olunurlar və hər iki ölkə KTMT hərbi ittifaqın üzvləridir. Bu baxımdan Ermənistanin ölkənin rəhbəri səviyyəsində olmasa da, tədbirə nümayəndə göndərməsi Kremldə xoş qarşılanmayacaq. Belə ki, bir neçə gün əvvəl Prezident V.Putinin köməkçisi Dmitri Peskov, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın təşkil etdiyi sülh konfransında iştirakı qeyri-dost addım kimi xarakterizə olunacağını açıqlamışdı.

Ancaq görünür, bu günlərdə İrəvanda olan ABŞ Dövlət katibinin müavini Ceyms Obrayn İrəvana sülh konfransına qatılmağın vacib olduğunu bildirib. Paşinyan da özü getməyərək Moskvanı, nümayəndə göndərərək Vaşinqtonu razı salmağa çalışır.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
azpolitika.info

1Источники