RU

Lənkəranda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Lənkəranda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Murad Abdullazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Lənkəran şəhər sakini Murad Abdullazadə idarə etdiyi “Khazar” markalı avtomobillə Lənkəran rayonunun Vilvan kəndi ərazisində həmin kəndin sakini piyada Hüseyn Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerindən qaçan sürücü polis tərəfindən müəyyən edilərək istintaqa təhvil verilib. Sürücüyə qraşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
e-huquq.az

1Источники