RU

Sərhəddə silahlar yenidən işə düşdü: Ermənistanın son təxribatlarının PƏRDƏARXASI

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görüb.

Naxçıvan istiqamətində ardıcıl ikinci gündür ki, Ermənistan tərəfi atəşkəsi pozub.  SEO Xidməti

Ermənistanın bu təxribatları nəyə hesablanıb? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Qazaxın 4 kəndi qaytarılandan sonra Ermənistan yenidən Azərbaycana qarşı təxribatlara əl atmaqdadır: 

"Ermənistan Qazaxın kəndlərini qaytarandan sonra, həm iqtidar, həm də müxalifət nümayəndələrinin dilindən Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürməkdədir. Bu iddialar həm Göyçə mahalının qubernatoru, həm də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi tərəfindən açıq şəkildə səsləndirilib. Baş verən təxribatlar birmənalı şəkildə sülh prosesini pozmaq və növbəti gərginliklər yaratmaqla, diqqəti delimitasiya və demarkasiya prosesindən yayındırmağa hesablanıb. Əvvəl baş verən fəlakət və faciələrdən özü üçün nəticə çıxarmayan Ermənistan tərəfi Naxçıvan istiqamətində atəşkəsi pozmaqda yenidən lokal toqquşmalar yaratmaq niyyətindədir. Bu isə Ermənistana ərazi, şəxsi heyət və hərbi texnika itkiləri vəd edir". 

 Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
90
1
yenisabah.az

2Источники