RU

BTC ilə ötürülən neftin həcmi azalıb

2024-cü ilin yanvar-mayında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə 11 986.4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3.6% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
Hesabat zamanı Azərbaycanda neft kəmərləri ilə 15 971.1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1.8% azdır. Nəql edilən neftin 75,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin payına düşüb. 

5 ayda BTC kəməri ilə nəql edilmiş neftin 81.3%-i və ya 9 749 min tonunu Azərbaycanda hasil edilən neft, 18.7%-i və ya 2 237.4 min tonunu (14.8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
 
Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil ediən neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR hasil etdiyi dan neft və qaz kondensatı nəql eilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir. Bunun da  443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstanda, 1076 kilometri Türkiyə ərazisindən keçir.  Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır. 

BTC Co.-nun səhmdarları  bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
anews.az

1Источники