RU

Bakıda qəza yaradan bir səbəb aradan qalxır

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə veriləcək.

Bununla bağlı “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir. Xatırladaq ki, skuter sürənlərin sayının artması ilə bərabər yol qəzaları da günbəgün artır. Maraqlıdır ki, bu qərar yol qəzalarına necə təsir göstərəcək? 

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, nəqliyyat vasitəsi olaraq qəbul edilən və özündə müəyyən elementləri ehtiva edən skuterlərin də qəza riski olur:

"Skuterlər elektriklə işlədikləri üçün onlardan istifadə zamanı səs gəlmir. Buna görə də onların qəza törətmə riski çox yüksəkdir. Ümumi olaraq risklər qalacaq və risklərin nə dərəcə böyük olduğu skuter istifadə edən şəxsin ayıqlığından, baş geyimi istifadə etməsindən asılıdır. Müəyyən dərəcədə hadisə zamanı kəllə-beyin travmalarının yaşanmaması üçün ən azından baş geyimi mütləq istifadə edilməlidir". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
cebheinfo.az

1Источники