RU

Qəribə səslər eşitdi, qapını açdı, görün nə ilə üzləşdi – FOTO

"Reddit"in "Jacindagirl" ləqəbli istifadəçisi aşkar etdiyi qeyri-adi mənzərəni paylaşıb. Şəkil görənlərin təbəssümünə səbəb olub.

Publika.az xəbər verir ki, "Jacindagirl" ləqəbli istifadəçi qəribə hadisə ilə üzləşib. Həyətindən bu vaxtadək eşitmədiyi səslər gəlib və qapını açanda evinin qarşısına yığışan onlarla ördək görüb.

“Qəribə səslər eşitdim. Qapını açdım və bunu gördüm. Mən ördək saxlamıram və heç vaxt ördək saxlamamışam”, - deyə paylaşdığı foto haqqında şərh verib.

“Səni seçdilər”, “Bir ördəyin varsa, o sənə məxsusdur. Əgər 50 ördəyin varsa, deməli, sən onlara aidsən”, “Bu gün nahara nə yeyəcəksən?”, “Ördək konvensiyasına dəvət olunduğunu söyləməyi unutdular”, - deyə sosial şəbəkə istifadəçilər istehza ilə şərhlər yazıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
2
publika.az

3Источники