RU

Bu halda Ukrayna ilə sülh ola bilər - Putin şərtlərini açıqladı

Rusiya prezidenti Vladimir Putin İsveçrədə keçiriləcək Sülh Konfransı öncəsi sülh üçün şərtlərini açıqlayıb.   Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, Putin Ukraynanın Rusiyanın zəbt etdiyi 4 bölgədən geri çəkilməsini şərt qoyub. Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşən Putin -"Bizi İsveçrədəki konfransa dəvət etmədilər. Ukrayna və Avropa təhlükəsizliyinə Rusiya olmadan bir həll yolu tapmaq mümkün deyil",- deyə bildirib.  Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xersondan çəkiləcəyi təqdirdə müharibəni bitirməyə hazır olduqlarını bildirib və geri çəkilən ukraynalı əsgərlərin təhlükəsizliyinə zəmanət verəcəklərini vurğulayıb. Xatırladaq ki, iyunun 15-16-da İsveçrədə 90 ölkə və təşkilatın iştirakı ilə keçiriləcək Ukrayna Sülh Konfransına Rusiya dəvət edilməyib.  

Fidan Əliyeva

Избранный
144
manset.az

1Источники