RU

Azərbaycan hər hansı təxribatı cavabsız qoymayacaq



Naxçıvan istiqamətində atəşkəsin pozulmasının arxasında Azərbaycan-Ermnistan münasibətlərinin normallaşmasını istəməmək və sülh sazişi perspektivini təxirə salmaq dayanır.
Artıq 3 gündür davam edən təxribatları 2 amillə izah etmək olar. Birincisi, Ermənistanda orduya təsir imkanları olan ayrı-ayrı qüvvələr bu təxribatlarla Azərbaycanı yeni hücumlara vadar etmək və bununla da Paşinyan hakimiyyətinin mövqelərini zəiflətmək məqsədi daşıyırlar. İkincisi isə, Paşinyan hakimiyyəti özü bilərəkdən bu səpkili təxribatlara rəvac verir ki, atəşkəsin pozulması və vəziyyətin gərginləşməsi fonunda bundan istifadə edərək Ermənistanda akisyların keçirilməsi və kütləvi tədbirlərə qadağalar tətbiq edə bilsin.
Amma səbəbin nə olmasından asılı olmayaraq bunun məsuliyyəti Paşinyan hakimiyyətinin üzrəinə düşür. Hətta bu üçüncü qüvvələrin təhriki ilə belə baş veribsə yenə də Paşinyan hakmiyyəti orduya nəzarət edə bilmədiyinə görə məsuliyyət daşıyır.
İstənilən halda prosseslərin arxasında kimin dayanmasından asılı olmayaraq Azərbaycanın hər hansı təxribatı cavabsız qoymayacağı və bunun üçün bütün imkanlara malik olduğuna heç kimdə şübhə yoxdur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
newscenter.az

1Источники