RU

“Fransanın remilitarizasiyası səbəbindən böhran yaşayır”

Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır, çünki Fransa ölkəni remilitarizasiya edir və bu da psixoloji və sosial aspektlərdə cəmiyyətimizə mənfi təsir göstərir.

Bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

“Bizim üçün, yəni kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, Yeni Koledoniya Fransanın müstəmləkəyə çevirdiyi ərazidir”, - o bildirib.

M.Forrest vurğulayıb ki, kanak xalqı müqəddəratını təyin etmək hüququna hörmət tələb edir.\Report

Mənbə: musavat.com

Aqreqator
Избранный
165
musavat.com

1Источники