RU

Rişi Sunak geridə qaldı

Farajın partiyası baş nazir Rişi Sunakın rəhbərlik etdiyi mühafizəkarları geridə qoyub. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə insanlar yeni hökuməti müəyyən etmək üçün iyulun 4-də seçkiyə gedəcək. Son seçki sorğusu kansler Rişi Sunakın çətin günlər keçirdiyini göstərir.

Anketlər göstərir ki, hakim Mühafizəkarlar Partiyasını ilk dəfə ifrat sağçı siyasətçi Naycel Farajın rəhbərlik etdiyi populist İslahat Partiyası qabaqlayıb.

Data analitik firması YouGov son sorğunun nəticələrini paylaşıb.

Baş nazir Sunakın partiyası Mühafizəkarlar 18 faizlə üçüncü yerdədir. Britaniyalı müxalifət lideri Keir Starmerin rəhbərlik etdiyi İşçi Partiyası isə 37 faizlə birinci yerdədir.

Nəzrin
Избранный
154
azxeber.com

1Источники