Ağstafa Rayon İcra Hakimiyyəti telekommunikasiya xidmətlərinin göstərilməsi üçün elan etdiyi tender yekunlaşıb.
Pravda.az xəbər verir ki, tenderin qalibi müəyyənləşib.
Qalib "Aztelekom" olub.
Belə ki, "Aztelekom"un Qərb Regional Filialının Ağstafa şöbəsi Ağstafa Rayon İcra Hakimiyyətinə telekommunikasiya xidmətləri göstərəcək.
Qeyd: Bir müddət əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov "Aztelekom"un mətbuat katibi Alidə Mustafayeva ilə ailə həyatı qurub.
Cəmil
Tarix: 14 İyun 2024, 14:33