RU

AQTA uyğunsuzluq aşkarlanan dondurmalarla bağlı qanunvericiliyə uyğun tədbirlər görür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqmətində nəzarət tədbirlərini davam etdirir.

Xəbər verdiyimiz kimi, tədbirlər çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Agentlik əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı uyğunsuzluqlar aşkarlanıb.

Belə ki, ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinəsi nəticəsində 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. 

Uyğunsuzluq aşkarlanan dondurma məhsulu partiyaları aşağıdakılardır:

№    Məhsulun adı    İstehsalçı    Məhsulun partiyası, istehsal və son istifadə tarixi    Aşkar edilmiş uyğunsuzluq
1    "İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma    "Rich S.A" MMC    30.03.2024-30.01.2025    Enterobacteriaceae bakteriyası
2    "Soyuq" əmtəə nişanlı südlü kakaolu dondurma        04.04.2024-04.02.2025    Enterobacteriaceae bakteriyası
3    "Soyuq" əmtəə nişanlı südlü çiyələkli dondurma        03.04.2024-26.01.2025    Enterobacteriaceae bakteriyası
4    “İce Dream” əmtəə nişanlı şokoladlı plombir dondurma        30.03.2024-30.01.2025    Enterobacteriaceae bakteriyası
5    "Yolka" əmtəə nişanlı qaymaqlı dondurma        30.03.2024-30.01.2025    Enterobacteriaceae bakteriyası
6    “Qoşa Qapı” əmtəə nişanlı vanilli Eskimo dondurma    "Camal LTD" MMC    02.04.2024-02.02.2025    Enterobacteriaceae bakteriyası
7    "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma    Fiziki şəxs Yusubova Səringül
Kərəm qızı    22.04.2024-22.02.2025    Enterobacteriaceae bakteriyası
8    “Zoluşka” əmtəə nişanlı portağallı Eskimo dondurma        10.04.2024-10.02.2025    Enterobacteriaceae bakteriyası
9    “Selena" əmtəə nişanlı südlü çiyələkli dondurma        29.04.2024-28.02.2025    Enterobacteriaceae bakteriyası
10    "Naturalika" əmtəə nişanlı Eskimo dondurma    Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu    27.04.2024-27.02.2025    Enterobacteriaceae bakteriyası

Qeyd edək ki, Enterobacteriaceae ailəsinə mənsub olan bakteriyaların bir çoxu patogen xüsusiyyətli olub, insanlarda salmonelyoz, dizenteriya, kolit və mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunan digər qida mənşəli zəhərlənmələrə səbəb olur. Bu bakteriyalarla yoluxma insanlarda həmçinin tənəffüs və sidik yollarının iltihabı ilə nəticələnən proseslərə yol açır ki, bu zaman xəstə insanlarda hərarətin yüksəlməsi, halsızlıq, baş ağrıları və bu kimi digər əlamətlər müşahidə edilə bilər. Odur ki, Enterobacteriaceae bakteriyaları ilə sirayətlənmiş dondurma məhsullarının istehlakı insan sağlamlığı üçün təhlükəli hesab olunur.
AQTA sınaq nəticələri uyğunsuz olan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçirir, təhlükəli məhsullar ticarət şəbəkələrindən geri çağırılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində uyğunsuzluqlar aşkarlanmış məhsullarla bağlı məlumatlar Agentliyin saytında təhlükəli məhsulların reyestrinə daxil edilib: https://afsa.gov.az/az/qida-zencirine-nezaret/tehlukeli-mehsullarin-reyestri
Vətəndaşlardan ticarət şəbəkələrində bu məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
49
operativmedia.az

10Источники