RU

Məhkəmə Hafiz Babalının şikayətini təmin etməyib

Araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin uzadılması ilə bağlı şikayəti təmin olunmayıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar verilib.
 
Onun vəkili Rəsul Cəfərov Turan-a bildirib ki, müdafiə tərəfi Babalının cinayət təqibini və həbs olunmasını əsassız hesab edir.
 
"Babalı görmə üzrə üçüncü qrup əlildir. Bundan əlavə, aşağı ətraf damarlarının varikoz genişlənməsindən əziyyət çəkir və bu xəstəlik istintaq təcridxanasında kəskinləşib. Jurnalistin cərrahi əməliyyata ehtiyacı var", - vəkil qeyd edib

Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb.
 
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xarici valyuta qaçaqmalçılığını nəzərdə tutan maddəsi ilə ittiham olunur. 
 
Məhkəmənin qərarı ilə o, üç ay müddətinə ilkin istintaq müddətinə həbs edilib. 
 
Mayın 3-ü Ombudsman Aparatının nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan  jurnalist Hafiz Babalı ilə görüşüblər.
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
anews.az

1Источники