RU

Kadi üçün yeganə müştəri: Yalnız “Qarabağ”

Rusiyanın “Krasnodar” klubunun futbolçusu Kadi Borqesin transferi ilə bağlı danışıqlar aparan yeganə komandanın adı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu braziliyalının agenti Helsio Alisk açıqlayıb.

O bildirib ki, “Qarabağ” sabiq yarımmüdafiəçisini qaytarmaq niyyətindədir: “Kadiyə çox klublar maraq göstərir. Amma rəsmi təklif yalnız “Qarabağ”dan gəlib. İndi transferlə bağlı təklifi qəbul edib-etməyəcəklərini “Krasnodar”dan soruşmaq lazımdır”.

Qeyd edək ki, “Qarabağ”dan Krasnodarın eyniadlı təmsilçisinə transfer olunan Kadi də Azərbaycana qayıtmağın tərəfdarıdır. O, bu barədə baş məşqçisi, bir müddət əvvəl ölkəmizdə “Sabah”a rəhbərlik edən Murad Musayevi də məlumatlandırıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
1
idman.biz

2Источники