RU

Prokurorluq itkin düşmüş əsgər Ceyhun Hüseynovun qətlinin versiyası üzərində iş aparır

Əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı istintaq Azərbaycan Cinayət Məcəlləsinin 120.2.12-ci maddəsilə (ağırlaşdırıcı şəraitdə qətl) aparılır. Bu barədə iyunun 14-də Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

İş üzrə məhkəmə-tibbi, kompleks  məhkəmə-ballistik, daktiloskopik və trasoloji müayinələr və digər istintaq hərəkətləri təyin edilib.

Ceyhun Hüseynov iyunun 9-da Ermənistanla sərhəddə Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi istiqamətində xidmət zamanı itkin düşüb. İyunun 11-də əsgərin cəsədi tapılıb. Ölüm səbəbi açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
turan.az

1Источники