ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub.
Bu barədə Modern.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Tədris Terapevtik Klinikasına direktor vəzifəsinə universitetin ATU-nun I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.
Xatırladaq ki, Vəsadət Əzizov Milli Məclisin deputatı olub.