RU

Tacikistanda keçmiş deputat dövlət çevrilişi cəhdində ittiham olunur

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tacikistanda həbs edilmiş deputat Səidcəfər Usmonzoda silahlı dövlət çevrilişi cəhdində ittiham edilir.

Tacikistanın Baş prokuroru Yusif Rahmonun sözlərinə görə, bu cinayəti həyata keçirmək üçün Səidcəfər Usmonzoda "xarici ölkələrin birindən 10 milyon dollar tələb edib - həmin vəsait nüfuzlu adamların cəlb edilməsi və mitinqlərin təşkil edilməsinə xərclənməli imiş".

İddiaya görə, Tacikistan Demokrat Partiyasının keçmiş sədri xaricdən gəlişi planlaşdırılan 3 min nəfər terrorçunun köməyi ilə hərbçilərin və mühafizəçilərin binalarını və silahlarını ələ keçirməyi planlaşdırırmış. Həmin terrorçular ölkədə qadağan edilmiş "Tacikistanın islam intibahı partiyası" ilə əlaqəli olublar.

Bu barədə Tacikistanın "Xovar" agentliyi məlumat verib.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
hurriyyet.az

1Источники