RU

Azərbaycan və Qırğız respublikaları arasında bir sıra sənədlər təsdiqlənib

2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Eyni zamanda dövlət başçısının digər fərmanları ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu” təsdiqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
13
apa.az

10Источники