RU

Barış Şimşəyin yerinə kim gəlir? - “Rəhbərlik tərəfindən həmin şəxslərlə danışıqlar aparılır”

Bilindiyi kimi, AFFA İcraiyyə Komitəsinin iyunun 3-də keçirilən iclasından sonra Hakimlər Komitəsinin sədri Barış Şimşək ilə yolları ayırmağı qərara aldı.

2022-ci ildən bu vəzifəni yerinə yetirən türkiyəli mütəxəssisin gedişi gözlənilməz olmadı. Ona görə ki, təkcə son mövsüm üçün hakimliklə bağlı gələn şikayətlərin saysız-hesabsız olması belə nəticəyə zəmin yaratmışdı. Bundan sonra həmin posta kimin gətiriləcəyini əksəriyyət səbirsizliklə gözləyir. Bəziləri əcnəbi mütəxəssisin gəlişini istəmir, başqa bir qism isə bu posta layiq olan birinin təyin edilməsini arzulayır. Bəs AFFA boş qalan kürsüyə kimi gətirmək niyyətindədi? Bu barədə bilgi alımaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik:

“Hazırda bununla bağlı, təəsüf ki, ətraflı məlumat verə bilməyəcəm.Danışıqlar davam edir. Barış Şimşək ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləndən sonra həmin post boşdu. Müəyyən namizədlər var. Rəhbərlik tərəfindən həmin şəxslərlə danışıqlar aparılır. Rəsmiləşdikdən sonra ictimaiyyətə məlumat veriləcək”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
football-plus.az

1Источники